Britaniyalı müğənni Bakıda konsert verdi - FOTO
    • 22-06-2023, 10:21
    • 642

Britaniyalı müğənni Bakıda konsert verdi - FOTO

Britaniyalı müğənni və bəstəkar Tom Odell Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, iİlk dəfə Bakıda konsert verən sənətçi sevilən və məşhur məşhur mahnıları ilə sevənlərinin qarşısında çıxış edib.

Konserti isə ən məşhur mahnısı “Another love” ilə bitirib. Sənətçinin konserti “Pera Group” və “ApplePie Production”un təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Tom Odell musiqisinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün “BRIT Awards” mükafatı alıb.