Neftçalada qatar yük maşınını vurub, ölən var — YENİLƏNDİ
    • 23-06-2023, 14:54
    • 251

Neftçalada qatar yük maşınını vurub, ölən var — YENİLƏNDİ

Bu gün saat 12:50 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

News24.az xəbər verir ki, bu barədə ADY mətbuat xidməti məlumat yayıb.

"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.


13:50

Neftçalada qatar yük avtomobili ilə toqquşub.

News24.az-ın məlumatına görə, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib.

Tənzimlənməyən dəmir yolunda qatar "Shagman" markalı avtomobili vurub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır./apa/