Avtomobil qatarla toqquşub
    • 12-11-2019, 21:24
    • 849

Avtomobil qatarla toqquşub

İmişlidə minik avtomobili qatarla toqquşub.


News24.az xəbər verir ki, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.


Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.