Ağstafada 47 yaşlı kişini qatar vurub - YENİLƏNDİ
    • 25-04-2022, 21:53
    • 317

Ağstafada 47 yaşlı kişini qatar vurub - YENİLƏNDİ

Ağastafada yük qatarının vurduğu piyadanın kimliyi məlum olub.

Xəsarət alan Köçəsgər kənd sakini 1975-ci il təvəllüdü Məmmədov Niyazdır.

O dəmir yolu ilə gedən zaman qatar vurub. Məlumata görə o, həmin vaxtı sərxoş olub.
Xəstəxanaya yerləşdirilən N.Məmmədovun vəziyyətinin kafi olduğu bildirilir. /APA/

Saat 20:35

Ağstafada qatar piyadanı vurub.

Hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Köçəsgər kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan qatar bir kişini vurub.
Yaralı xəstəxanaya çatdırılıb. /APA/