Səhiyyə Nazirliyi: Çoxmərtəbəli binada baş verən yanğına görə 5 həkim briqadası göndərilib
    • 25-02-2019, 14:33
    • 1 216

Səhiyyə Nazirliyi: Çoxmərtəbəli binada baş verən yanğına görə 5 həkim briqadası göndərilib

Bakıda yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi əraziyə 5 təcili-tibbi yardım briqadası göndərilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 
Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub. 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

//Report