Bakıda  hündürmərtəbəli binada baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB
    • 3-10-2019, 18:57
    • 928

Bakıda hündürmərtəbəli binada baş verən yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***
18:35
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək