-
- 28-09-2019, 10:31
- 944
Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən İTV-dəki yanğınla bağlı AÇIQLAMA
İctimai televiziyaya tüstülənməyə görə saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb. İki nəfər (kişi) müraciət edib.
Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyi də İTV-də baş verən yanğınla bağlı açıqlama yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.