“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb
    • 23-06-2023, 19:59
    • 204

“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb

“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb.

News24.az​​​-ın məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb. Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.

“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər qəsəbə klubunda çıxış edəcək.