Fransalı futbolçu artıq “Zirə”nin heyətində
    • 11-02-2019, 18:59
    • 1 169

Fransalı futbolçu artıq “Zirə”nin heyətində

“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

News24.Az bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Məlumatda fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağladığı qeyd edilib.
İyirmi yeddi yaşlı oyunçu son olaraq Albaniyanın “Kukesi” klubunda çıxış edib. Tiqrudca bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, “Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

News24.Az