Avropa silah istehsalını kəskin artırır
    • 23-06-2023, 22:58
    • 212

Avropa silah istehsalını kəskin artırır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri ittifaq ölkələrində artilleriya sursatlarının, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını ildə 1 milyona qədər artırmaq barədə razılığa gəliblər.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasına sədrliyi tviter səhifəsində məlumat yayıb.

“Aİ səfirləri sursat istehsalına dəstək aktının tənzimlənməsi (Act in Support of Ammunition, ASAP - Qeyd) ilə bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün mandatı indicə təsdiqlədilər. Bu, Aİ-nin silah-sursat istehsalı gücünü artırmağa kömək edəcək. Nəticədə Aİ müdafiə sənayesi Ukrayna Silahlı Qüvvələrinə və üzv dövlətlərə daha yaxşı dəstək vermək imkanı əldə edəcək”, - məlumatda deyilir.