Priqojin Rostovdakı hərbi obyektləri ələ keçirdi
    • 24-06-2023, 10:13
    • 311

Priqojin Rostovdakı hərbi obyektləri ələ keçirdi

Biz qərargahdayıq, Rostov hərbi obyektləri, o cümlədən aerodrom bizim nəzarətimiz altındadır.

News24.az xəbər verir ki,bu barədə "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin bildirib.

Yevgeni Priqojin Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb. Görüş zamanı o bildirib ki, Vaqner PMC Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun onu qəbul etməyəcəyi təqdirdə muzdluların Rostov şəhərini bloklayacaqlarını və Moskvaya gedəcəklərini bildirib.

Bölgənin qubernatoru Vasili Qolubev Rostov-na-Donuda bütün kütləvi tədbirlərin ləğv edildiyini bildirib. O, şəhər sakinlərini mərkəzə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.

"Hüquq-mühafizə orqanları ərazidə sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Hər kəsdən sakit olmağı və lazımsız yerə evdən çıxmamağı xahiş edirəm” - deyə Qolubev bildirib. 

Daha sonra Qolubev əlavə edib ki, Rostov şəhər administrasiyasına və Rostov şəhərinin həyat təminatı xidmətlərinə bütün şəhər sistemlərinin normal fəaliyyətini təmin etmək üçün lazımi tədbirlər görmək üçün göstərişlər verib.

Rostov-na-Donu şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko da öz növbəsində şəhər nəqliyyatının hərəkətində dəyişikliklərin ediləcəyini bildirib.

Xatırladaq ki, iyunun 23-də Vaqner PMC-nin Telegram kanalında PMC-yə hava hücumu həyata keçirildiyi barədə bəyanatlar yayılıb. Hücumun Rusiya tərəfindən edildiyi idda edilib. Rusiya Müdafiə Nazirliyi hücum iddialarını rədd edib və Federal Təhlükəsizlik Xidməti Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik ittihamı ilə cinayət işi açıb.

Qumral