Priqojin: "Rusiya Müdafiə Nazirliyinin ikinci helikopteri vuruldu" - FOTO
    • 24-06-2023, 08:58
    • 191

Priqojin: "Rusiya Müdafiə Nazirliyinin ikinci helikopteri vuruldu" - FOTO

"Vaqner" Xüsusi Hərbi Dəstəsinin rəhbəri Yevgeni Priqojin onlara hücum edən helikopteri Moskva şossesində məhv etdiklərini açıqlayıb.

News24.az xəbər verir ki, Priqojin 25 min döyüşçünün ölməyə hazır olduğunu bildirib:"Moskva şossesində hücum dəstələrindən biri helikopterdən atəşə tutulub. "Vaqner" bölməsində hər kəs sağdır. Helikopter sıradan çıxıb. Meşə zolağında yanır. Hər kəsə bir daha xəbərdarlıq edirəm ki, biz bunu təhdid və hər şeyi məhv etmək kimi qəbul edəcəyik. Bizi məhv edə bilməyəcəklər. Hədəflərimiz var, hamımız ölməyə hazırıq. 25 min nəfər  sonra isə daha 25 min”.

Priqojin iddia edib ki, silahlılar öz vətənləri və rus xalqı üçün ölürlər. /Unian.net/