Rusiya MN “Vaqner”çilərə müraciət etdi: Aldanmısınız...
    • 24-06-2023, 10:39
    • 321

Rusiya MN “Vaqner”çilərə müraciət etdi: Aldanmısınız...

Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə müraciət edərək bildirib ki, onlar PMC-nin rəhbəri Yevgeni Priqojinin kriminal avantürasına aldanıblar. 

News24.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Siz Priqojinin cinayətkar macərasına və silahlı üsyanda iştiraka aldandınız”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, bir çox PMC döyüşçüləri öz səhvlərini anlayıb və daimi dislokasiya nöqtələrinə təhlükəsiz şəkildə qayıda bilmək üçün kömək istəyiblər. Nazirlik həmçinin döyüşçülərdən Rusiya MN-in nümayəndələri ilə əlaqə saxlamağı xahiş edib. Eyni zamanda, hər kəsə təhlükəsizliyə zəmanət verilib.

Akqabay