-
- 24-06-2023, 12:38
- 324
"Vaqner" dəstəsi Moskvaya doğru irəliləyir - Milli Qvardiya ilə toqquşma ola bilər
"Vaqner" Xüsusi Hərbi Dəstəsinin bölmələri Voronejdən Moskvaya doğru hərəkət edir.
News24.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Bildirilib ki, gərginliyin sonrakı ssenarisi Rusiya təhlükəsizlik qüvvələrinin necə davranmasından asılı olaraq yaxın saatlarda müəyyənləşəcək.
Hesabatda "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasındakı düşmənçiliyin açıq hərbi qarşıdurmaya çevrildiyi qeyd edilib.
Yevgeni Priqojinin elan etdiyi “Azadlıq marşı”ndan sonra muzdlular ən azı iki yerdə Ukraynanın işğal olunmuş hissəsi ilə Rusiya arasındakı sərhədi keçiblər.
Britaniya kəşfiyyatı qeyd edib ki, onlar şübhəsiz Rostovdakı əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına rəhbərlik edən qərargahı ələ keçiriblər.
Eyni zamanda, "Vaqner" bölmələri Voronej vilayətindən keçərək şimala, Moskva istiqamətində hərəkət edirlər.
"Vaqner"lə Rusiya hökumətinin təhlükəsizlik qüvvələri arasında birbaşa toqquşmalara dair çox az dəlil var. /Unian.net/