-
- 24-06-2023, 21:35
- 363
Razılıq əldə olundu: “Vaqner” Moskvaya yürüşü dayandırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
News24.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Caliber Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilib ki, onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər:
“Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” – deyə məlumatda bildirilib.