Telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO
    • 24-06-2023, 07:40
    • 429

Telekanallar ələ keçirildi: Priqojin danışır - VİDEO

Rusiyada müxtəlif telekanaların yayımına hakerlər tərəfindən müdaxilə edilib və "Vaqner" rəhbəri Yevgeni Priqojinin müraciəti səsləndirilib.

News24.az bildirir ki, həmin səs yazısında Priqojin Rusiya hakimiyyətinin rüsvayçılığına son qoymağa və əhalini buna qarşı birləşməyə çağırış edir.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. "Vaqner" düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin "hərbi çevriliş elan edib" və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir./Axar.az/