Məşhur reper od püskürdü:
    • 24-06-2023, 12:02
    • 142

Məşhur reper od püskürdü: "İnsanlar həyatları boyu 250 min dollar qazana bilmirlər"

Dünyaca məşhur reper Niki Minaj "Titanik"in qalıqlarına baxmaq üçün "Titan" sualtı qayığı ilə Atlantik okeanın 4 km dərinliyinə enən və partlayış nəticəsində həlak olanlarla bağlı qalmaqallı açıqlama edib. 

News24.az xəbər verir ki, reper sözügedən qayığa minmək üçün 250 min dollar ödəyənlərə iradını bildirib:

"Heç kim "Titanik"ə baxmaq üçün sualtı qayıqla okeanın dərinliklərinə endiyi barədə danışmamalıdır. Bilirsiniz ki, bəzi insanlar bütün həyatları boyu işləyirlər və 250 min dollar qazana bilmirlər? Siz isə həmin məbləği sualtı qayığa minib hər kəsin öldüyü gəminin qalıqlarını görmək üçün xərclədiniz". /Haber Global/