İtkin düşən sualtı qayıqdan XƏBƏR VAR
    • 21-06-2023, 08:50
    • 212

İtkin düşən sualtı qayıqdan XƏBƏR VAR

“Titanik” gəmisinin qəzaya uğradığı yerə turistləri daşıyan "Titan" sualtı qayığını axtarışları davam edir. 

News24.az xəbər verir ki, xilasedicilər axtarış zamanı itkin düşən sualtı qayıqdan gəldiyi güman edilən akustik geridönüş siqnalı eşidiblər. 

Bildirilib ki, bu siqnal sayəsində texnikaları həmin yerə yönləndirmək mümkün olacaq. Bu, eyni zamanda da sualtı qayıqda turistlərin sağ olmaları ilə bağlı ümidləri artırır. 

Səslərin dəqiq nə vaxt eşidildiyi və nə qədər davam etdiyi bəlli deyil. /CNN/