Yoxa çıxan sualtı qayıq partlayaraq 5 hissəyə bölündü
    • 23-06-2023, 08:19
    • 344

Yoxa çıxan sualtı qayıq partlayaraq 5 hissəyə bölündü

Atlantik okeanında yoxa çıxan "Titan" sualtı qayığındakı 5 nəfər həlak olub.

News24.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

İtən qayığın quyruq ucunun tapıldığı bildirilib. 

ABŞ Sahil Mühafizəsi rəsmiləri "Titanik" gəmisinin qalıqlarını görmək üçün 4 km dərinliyə enərkən yoxa çıxan turist sualtı gəmisinin partladığını və  parçalara ayrıldığını bildirib.

“Tapılan qırıntılar su gəmisinin partladığını göstərir. Ona görə də biz işi davam etdirəcəyik və aşağıdakı ərazidə axtarış aparacağıq" - deyə qeyd edilib.

"Titan" sualtı qayığının suya enməsindən 1 saat 45 dəqiqə sonra onunla əlaqənin kəsildiyini, qəzanın da həmin an baş verdiyi açıqlanıb. 

Sualtı qayığın qalıqları təxminən 100 il əvvəl batmış "Titanik" gəmisindən 488 metr uzaqlıqda və 4 kilometr dərinliyikdə tapılıb.

Rəsmilər bildiriblər ki, "Titan" 5 hissəyə bölünüb və bu, insidentin nə qədər fəlakətli olduğunun ilk göstəricisidir. /Haber Global/