“Qaranquş“dan olan ömürlük məhkumlar məhkəməyə müraciət etdi
    • 24-06-2023, 14:57
    • 205

“Qaranquş“dan olan ömürlük məhkumlar məhkəməyə müraciət etdi

Ömürlük azadlıqdan məhrum edilən 3 nəfər məhkəməyə müraciət edib.

News24.az APA-ya istinadla xəbər verir ki, hazırda Qobustan həbsxanasında cəza çəkən və ömürlük azadlıqdan məhrum edilən “Qaranquş” dəstəsinin üzvü İntiqam Qayıbov, Sahib Məmmədalıyev və digər ömürlük məhkum Yaşar Pənahpur Qaradağ rayon Məhkəməsinə ərizə veriblər.

Onlar ərizələrində 25 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

Məhkəmə Sahib Məmmədalıyevin şikayətini təmin etməyib. O, qərardan apellyasiya şikayəti verib.

İntiqam Qayıbov və Yaşar Pənahpurun məhkəmə prosesi isə təxirə salınıb və yaxın günlərdə bu işlər üzrə də qərar veriləcək.