-
- 25-09-2020, 18:39
- 2 358
Azərbaycanda qadınlar NİYƏ ömürlük azadlıqdan məhrum edilmir? - "Hüququnuzu bilin" - VİDEO
- Azərbaycanın cəzaçəkmə müəssisələrində ömürlük azadlıqdan məhrum edilən qadınlar varmı? Əgər yoxdursa, bunun səbəbləri nədir?
- Cinayət Məcəlləsinin 57-ci maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası öz əksini tapıb. Həmin maddənin tələbinə görə, Azərbaycan Respublikasında cinayət törətmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər, məhkəmə hökmü çıxarılarkən 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrum edilmə cəzası tətbiq edilə bilməz. Azərbaycan Respublikasında qadınlara ömürlük azadlıqdan məhrum edilmə cəzası tətbiq olunmur. Qadınlar tərəfindən törədilən ən ağır cinayətlər maksimum 20 illə cəzalandırıla bilər. Əgər bu, hökmlərin məcmusu üzrədirsə, yəni neçə hökm toplanarsa 25 ildən artıq olmamalıdır. Ömürlük azadlıqdan məhrum edilmə cəzasının qadınlara tətbiq edilməməsinin səbəbi sırf bizim milli-mənəvi adət-ənənə və dəyərlərimizə olan hörmətimizlə bağlıdır. Bu məsələlər Azərbaycan Respublikası Qanunvericiliyində öz əksini tapıb. Qonşu dövlətlərdə, məsələn, İran İslam Respublikasında qadınlara ölüm hökmü belə icra olunur. Bizdə mütərəqqi haldır ki, qadınlara bu cəza tətbiq olunmur.
Bunu News24.az-ın “Hüququnuzu bilin” verilişinin dördüncü buraxılışında izləyicilərdən birinin Azərbaycanda qadınların ömürlük azadlıqdan məhrum edilib-edilməməsi ilə bağlı verdiyi sualı cavablandıran hüquqşünas, sözügedən verilişin aparıcısı Müşfiq Abbasov deyib.
O, veriliş müddətində bir sıra maraqlı mövzulara toxunub.
Qeyd edək ki, sözügedən veriliş News24.az-ın rəsmi "İnstagram" və "Youtube" səhifələrində yayımlanır. Sizi maraqlandıran sualları da qeyd olunan səhifələrin ismarıc bölümünə yaza bilərsiniz.
Sözügedən verilişin bu həftəki buraxılışını təqdim edirik:
İnstagram: @news24.az
facebook: News24.az