Təhlükəli maddələr daşıyan qatar çaya aşdı
    • 25-06-2023, 10:06
    • 113

Təhlükəli maddələr daşıyan qatar çaya aşdı

ABŞ-ın Montana ştatında təhlükəli materialları daşıyan qatar relsdən çıxaraq çaya düşüb. 

News24.az xəbər verir ki, hadisə nəticəsində qatarın keçdiyi dəmiryol körpüsünün bir hissəsi dağılıb.

Relsdən çıxan üç vaqon isti asfalt, dördü ərimiş kükürd, ikisi isə aşındırıcı maddə olan natrium hidrogen sulfatla dolu olub. 

Təhlükəli maddələrin çaya axmadığı bildirilib. /ABC News/