Rumıniyada qatar relsdən çıxıb
    • 1-11-2022, 20:32
    • 206

Rumıniyada qatar relsdən çıxıb

Rumıniyanın cənub-qərbindəki Dolj rayonunda 3100 ton kömür daşıyan qatar relsdən çıxaraq aşıb.

News24.az xəbər verir ki, ilkin məlumata görə, qatarın 39 vaqonundan doqquzunun yükü ətrafa dağılıb.

Qəzanın səbəbləri araşdırılır. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin səbəbini dəmir yolunun bir hissəsinin köhnələrək yararsız hala düşməsi ilə əlaqələndirirlər.