Kanadada kaliumla dolu qatar relsdən çıxıb
    • 23-05-2022, 10:52
    • 245

Kanadada kaliumla dolu qatar relsdən çıxıb

Kanadanın Alberta əyalətində kalium daşıyan yük qatarının relsdən çıxdığı bildirilir.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Kanadanın Alberta əyalətinin Fort-Makleod şəhəri yaxınlığında Canadian Pacific Railway şirkətinə məxsus yük qatarının relsdən çıxdığı bildirilib.

Qəza nəticəsində qatarın kaliumla yükləndiyi və 43 vaqonun relsdən çıxdığı bildirilib, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən və yaralananların olmadığı, ictimai təhlükəsizliyi təhdid edən hər hansı vəziyyətin olmadığı bildirilib.