-
- 25-06-2023, 09:56
- 479
Bakıda gənci bacısının məzun məclisindən məhləyə çağırıb öldürdülər - ŞOK TƏFƏRRÜAT - VİDEO
İdman Akademiyasının ikinci kurs tələbəsi idi. İmtahanları uğurla verib, düz bir ay əvvəl isə telefon satışı mağazasında işə başlayıb.
News24.az xəbər verir ki, söhbət ötən gecə Nərimanov rayonu, Hidayətzadə 20 ünvanının sakini, ötən gecə qətlə yetirlən 20 yaşlı Hikmət Məmmədovdan gedir.
Dünən gecə böyük bacısı məzun adını qazandığına görə ailə bir yerə toplaşıb, bu sevinci bölüşürmüş.
İyunun 23-də axşam 21 radələrində məhələllə uşaqları ona zəng edir. Faciə də, elə bundan sonra yaşanır.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlunu polis əməkdaşları saxlayıb.
DİN-in mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən digər iki şəxsin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.