Hacı Şahindən bəhs edən film çəkilir — FOTO
    • 25-06-2023, 11:46
    • 4 491

Hacı Şahindən bəhs edən film çəkilir — FOTO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında paylaşım edib. 

“Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq. 

Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.