-
- 25-06-2023, 18:51
- 463
Yevlax bazarı ləğv edilir
“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
News24.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, iclas 10 avqust, Yevlax şəhəri Fizuli küçəsi, ev 10 ünvanında keçiriləcək.
Yığıncağın iclasında gündəliyə “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsi, Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmə müddətinin müəyyən edilməsi, səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi daxildir.
Qeyd edək ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb, İdarə Heyətinin sədri Elnur Əzizovdur.