-
- Dünən, 19:58
- 599
Bu futbolçu Azərbaycana gətirilir - Rəsmən açıqlandı
Rusiyanın "Dinamo" (Mahaçqala) klubunun baş direktoru Şamil Qazizov futbolçuları Anton Kraçkovskinin böyük ehtimalla karyerasını Azərbaycanca davam etdirəcəyini təsdiq edib.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu haqda Premyer Liqa təmsilçinin nümayəndəsi "Matç TV"yə bildirib.
22 yaşlı yarımmüdafiəçi karyerasını Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz"da davam etdirməyə yaxındır.
"Böyük ehtimalla Anton Kraçkovski oyun təcrübəsini saxlamaq üçün yanvarda "Turan"a icarəyə göndəriləcək" - deyə Ş.Qazizov bildirib.
Qeyd edək ki, Kraçkovski 2024-cü ilin yanvarından "Dinamo"ya keçib. Onun Mahaçqala klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.
O, "Turan Tovuz"un hazırkı baş məşqçisi Kurban Berdıyevin rəhbərliyi altında bir müddət "Dinamo"da, ondan əvvəl isə "Kayrat"da çıxış edib. Berdıyevin "Turan Tovuz"a qədər sonuncu klubu məhz "Dinamo" olub.
Bu o deməkdir ki, Anton Kraçkovski Berdıyevə tanış futbolçudur və görünür, elə onun istəyi ilə də komandaya gətirilir.
Orta xətt oyunçusu olan Kraçkovski bu mövsüm "Dinamo"nun əsas komandası ilə bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 1 qol vurub.