Azərbaycan prezidenti İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
    • 26-02-2019, 11:02
    • 1 959

Azərbaycan prezidenti İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

News24.az
 ONA.az-a itinadən xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib. Yürüş Bakı Dəniz Vağzalı ərazisindən başlayıb və “Ana harayı” abidəsinə kimi davam edib.