Bu şəhərlərdə hərbi qulluqçuların yürüşləri oldu
    • 26-06-2023, 13:16
    • 175

Bu şəhərlərdə hərbi qulluqçuların yürüşləri oldu

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunub.

News24.az xəbər verir ki, Bakıda Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kino mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı, Şəhidlər xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli, Musabəyov parkı – Ə.B.Haqverdiyev küçəsi – H.Cavid prospekti – H.Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı, Olimpik star idman mərkəzi – S.Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – Nəsimi heykəli – Neftçilər prospekti marşrutları üzrə şəxsi heyətin silahsız yürüşləri təşkil edilib.