Bakı sakinindən 6 kq-dan artıq narkotik götürüldü
    • 26-06-2023, 14:40
    • 246

Bakı sakinindən 6 kq-dan artıq narkotik götürüldü

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.

Araşdırma aparılır.