Bakıda əməliyyat: BMV-dən 6 kq marixuana götürüldü
    • 26-06-2023, 22:05
    • 612

Bakıda əməliyyat: BMV-dən 6 kq marixuana götürüldü

Əldə olunan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ​News24.az​​​-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi BMV markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.