Zakir Həsənov hərbi hospitalı ziyarət etdi — VİDEO
    • 26-06-2023, 14:41
    • 321

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi — VİDEO

İyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə nazirliyin Baş Klinik Hospitalını ziyarət edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub.

Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, onlara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Nazirliyin rəhbər heyəti tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.