"KOBİA-nın fəaliyyəti təqdirəlayiqdir" — Mikayıl Cabbarov
    • 27-06-2023, 11:26
    • 615

"KOBİA-nın fəaliyyəti təqdirəlayiqdir" — Mikayıl Cabbarov

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

News24.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

"KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir", - nazir qeyd edib.