-
- 6-05-2019, 15:58
- 1 377
İşsiz və işaxtaran vətəndaşlar üçün KOBİA-da təlimlər keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb olunan işsiz və işaxtaran vətəndaşlar üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təlimlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhərində və bölgələrdə təşkil olunan bu təlimlərə 94 nəfər cəlb edilib. Təlimlər Bakı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB (Kiçik və Orta Biznesin) Dostu” ofislərində keçirilir.
Bir ay davam edəcək təlimlərdə özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi biliklər tədris olunur. Təlimləri uğurla başa vuran iştirakçılara Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın birgə sertifikatı veriləcək.
Qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, artıq Agentliyin “KOB Dostları”na da müraciət edə bilərlər. Müraciət edən şəxslərə “KOB Dostları” tərəfindən özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.