-
- 27-06-2023, 14:07
- 220
Malayziyada ər və arvad təsadüfən qardaş və bacı olduqlarını öyrəniblər
Övladlara mailk malayziyalı ər-arvad cütlük təsadüfən qardaş və bacı olduqlarını öyrəniblər.
News24.az xəbər verir ki, bu barədə Thaiger qəzeti yazıb.
Qəzetə məlumat verən mənbənin sözlərinə görə, sevgililər universitetdə oxuyarkən tanış olublar, sonra bir neçə il görüşüblər. Bir müddət sonra onlar evləniv və uşaqları olub. Eyni zamanda, ər-arvad bir-birinin atalarını heç vaxt görməyiblər.
Bir gün qayınana gəlininə onun ərinin atası ilə Taylandda tanış olduğunu və bir müddət orada yaşadıqlarını söyləyib və ümumi övladlarının olmasına baxmayaraq, heç vaxt evlənmədiklərini deyib. Daha sonra qayınana gəlininə keçmiş partnyorunun şəklini göstərib və gənc qadın həmin fotoda öz atasını görüb, tanıyıb. Evə qayıdandan sonra o, ərinə qohum olduqları barədə şok xəbəri deyib.
Qardaş və bacı nikahının İslam qanunlarına əsasən qadağan olduğu ölkədə onların boşanacağı gözlənilir. Cütlüyə ayrılmazdan öncə uşaqların bioloji valideynləri olduqlarını sübut etmək üçün DNT testindən keçmələri də tövsiyə olunur./Musavat.com /