Ərlə arvadın bacı-qardaş olduğu üzə çıxdı
    • 16-09-2022, 12:48
    • 4 363

Ərlə arvadın bacı-qardaş olduğu üzə çıxdı

Belçikada 6 illik ərlə arvadın verdikləri DNT testi dəhşətli faktı üzə çıxarıb.

News24.az "lent.az"-a istinadən xəbər verir ki, hər ikisi uşaq evində böyümüş cütlük qohum-əqrəbalarını tapmaq üçün DNT analizi verib. Nəticələr isə gözlənilməz olub.

Analiz onların doğma bacı-qardaş olduğunu sübut edib. Qadın hadisəni belə danışır: "Hər ikimiz yetim olduğumuz üçün valideynlərimizi tapmaq istəyirdik. Nəticə isə belə oldu. İkimiz də ayrı şəhərlərdə, ayrı ailələrdə böyümüşük."