-
- 26-02-2019, 13:55
- 1 283
Fərid Mansurov: "Komanda idman növlərində bizim nəticə göstərməyimiz bir qədər çətin görünür"
Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov yığmamızın Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalındakı şanslarını dəyərləndirib.
Olimpiya çempionu Azərbaycan milli komandasının fərqlənə biləcəyi idman növlərini açıqlayıb.
Bu il iyulun 21-dən 27-dək keçiriləcək yarışın Təşkilat Komitəsində yer alan Mansurov festivalın proqramına daxil edilən 10 idman növündən gözlədiklərini gizlətməyib: “Yarışda əsasən komanda idman növləri üzrə mübarizə gedəcək. Bakıya Avropa reytinqində ilk “7-lık”də yer alan komandalar və ev sahibi kimi biz qatılacağıq. Sonradan sürpriz olmasın, indidən söyləyim ki, komanda idman növlərində bizim nəticə göstərməyimiz bir qədər çətin görünür”.
O, komanda idman növlər ilə müqayisədə fərdi yarışlarda təmsilçilərimiz daha şanslı sayır: “Amma fərdi idman növlərində - güləş, cüdo, ola da bilər üzgüçülükdə uğurlu nəticələrə imza ataq”.
Mansurov festivalın açılış və bağlanış mərasimi barədə geniş danışmayıb: “Bununla bağlı hələlik nəsə demək mümkün deyil. Yəqin ki, ssenarisi hazırlanır. Bu məsələ ilə Təşkilat Komitəsinin tərkibində olan Əməliyyatlar Komitəsi məşğuldur”.
Qeyd edək ki, festivalda komanda idman növlərindən basketbol, həndbol, voleybol, fərdi növlərdən idman gimnastikası, atletika, velosiped idmanı, üzgüçülük, cüdo, tennis və güləşdə mükafatçılar müəyyənləşəcək.
//ONA