Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO
    • 27-06-2023, 18:10
    • 339

Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO

Vətən müharibəsi iştirakçısı Fərid Ağamalıyev vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Siyəzən rayon sakini F.Ağamaliyev xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Fərid və qardaşı müharibə başlayan gündən sona qədər ön xətdə xidmət ediblər. Fərid döyüş zamanı yaralanmışdı. Onların atası Mayis Ağamalıyev müharibə gedişində vəfat edib. Döyüşdə “suriyalı” ləqəbi ilə tanınan qazimiz göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə medalı ilə təltif edilib.

Fərid ailəli olub, 1 azyaşlı övladı yadigar qalıb.