Vətən müharibəsi qazisi vəfat etdi
    • 19-09-2022, 12:24
    • 349

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat edib.

News24.az "Oxu.az"-a istinadən xəbər verir ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Xatırladaq ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.