Ağdam rayonu istiqamətindəki mövqelərimiz atəşə tutuldu - RƏSMİ
    • 27-06-2023, 21:20
    • 298

Ağdam rayonu istiqamətindəki mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Azərbaycan Ordusunun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.