Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının vaxtı açıqlanıb
    • 27-06-2023, 21:34
    • 418

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının vaxtı açıqlanıb

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının vaxtı açıqlanıb.

News24.az​​​ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.

11 iyul birinci seans: riyaziyyat, ikinci seans: fiziki tərbiyə və kimya

12 iyul birinci seans: tarix və coğrafiya, ikinci seans: informatika, fizika və fransız dili

13 iyul birinci seans: ibtidai sinif (Azərbaycan bölməsi), ikinci seans: ibtidai sinif (Azərbaycan bölməsi), ibtidai sinif (rus bölməsi), musiqi

14 iyul birinci seans: Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ikinsi seans: ingilis dili, təsviri incəsənət

15 iyul birinci seans: texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı.