-
- 24-07-2018, 22:00
- 1 266
Azərbaycanlı gənc 1 çantanın qurbanı oldu... - Faciəvi ölüm - FOTO
Rusiyada başqasına kömək etməyə çalışan azərbaycanlı gənc ölüb.
Yarım il əvvəl Azərbaycandan Sankt-Peterburqa köçən Nazir Maksimov çayda boğulub.
Belə ki, Maksimovun da olduğu kafedə gənc qadının çantası çaya düşüb.
Qadın çantada mühüm sənədləri olduğunu və ona kömək etmələrini istəyib.
Bu zaman yardıma 22 yaşlı Nazir gəlib. O, çaya atılaraq qadının çantasını götürmək istəsə də, boğulub. Ətrafda olan insanlar onu xilas etməyə çalışıb, amma gec olub. Bildirilir ki, gənc oğlanın dostları artıq pul toplayaraq onun cənazəsini Azərbaycana yollayıblar.
// Qafqazinfo