Valideynlərinin aldığı BMW-ni çayda batıran gənc: ""Jaguar" istəyirdim" - VİDEO
    • 16-08-2019, 11:02
    • 1 076

Valideynlərinin aldığı BMW-ni çayda batıran gənc: ""Jaguar" istəyirdim" - VİDEO

Valideynlərinin hədiyyə etdiyi BMW markalı avtomobili çayda batıran gənc bunu qəribə sözlərlə izah edib.

News24.az "NDTV"-yə istinadən xəbər verir ki, 22 yaşlı şəxs bu hərəkətini valideynlərinə küsülü olduğu üçün etdiyini açıqlayıb. Belə ki, "Jaguar" avtomobili arzulayan gənc ona BMW hədiyyə olunduğunu görən zaman əsəblərini cilovlaya bilməyib və avtomobili çaya atıb. Bununla da əsəbləri soyumayan şəxs maşının batma anını kameraya çəkib.