Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
    • 28-06-2023, 23:14
    • 253

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

News24.az​​​-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər, Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Nübar Məmmədli, 1992-ci il təvəllüdlü Əhliman Məmmədli və 2016-cı il təvəllüdlü M.Qurbanlı xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.