Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb
    • 26-03-2023, 11:07
    • 411

Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində rayon sakinləri, 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar.

Hər 3 yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /APA/