Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO Hadisə
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1966-ci il təvəllüdlü Füzuli Əliyev və 1986-ci il təvəllüdlü Zamiq Quliyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. /Report/
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO