Leyla Abdullayeva: "AzTV əməkdaşlarına hücuma görə Fransa XİN-ə nota göndəriləcək"  - VİDEO
    • 29-06-2023, 13:58
    • 1 221

Leyla Abdullayeva: "AzTV əməkdaşlarına hücuma görə Fransa XİN-ə nota göndəriləcək" - VİDEO

"Azərbaycan televiziyası əməkdaşlarının hücuma məruz qalmasını qınayırıq".

Bunu News24.az-a açıqlamasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalması ilə bağlı bildirib. 

O, qeyd edib ki, bu hücum azad jurnalistika fəaliyyətinə qarşı hücum kimi dəyərləndirilməlidir:

"Baş vermiş bu hadisənin araşdırılması, hücumu törədənlərin müəyyən edilməsi və cəzalandırılması üçün müvafiq tədbirlər görüləcək. Təbii ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Fransa XİN-ə nota göndəriləcək. Hesab edirik ki, hadisəni törədənlərin tapılıb cəzalandırılması gələcəkdə bu cür halların qarşısının alınması baxımından olduqca önəmlidir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır".