-
- Bu gün, 01:16
- 161
Qəza ilə bağlı əsas sual - AZAL təyyarəsi Dağıstan səmasında radarlardan 2 saat niyə itib?
“Azərbaycan Hava Yolları”nın Aktauda qəzaya uğrayan təyyarəsi bundan 2 saat əvvəl Qroznıya enməli olub.
Qrafikə uyğun olaraq təyyarə Qroznı hava limanına 07:25-də enməli olub. Lakin təyyarə həmin vaxt Xəzər dənizinin Dağıstan hissəsinin səmasında olub və radarlardan itib. Yalnız 09:08-də yenidən radarlarda təyyarəni izləmək mümkün olub. O zaman ki, təyyarə artıq Xəzər dənizinin üzərində Aktauya doğru uçub. Məhz bu 2 saat ərzində İnquşetiya, Çeçenistan və Şimali Osetiyaya dron hücumları baş verib.
Təyyarə qəzasında sağ qalan Zaur Məmmədova mətbuata açıqlamasından aydın olur ki, uçuş zamanı Çeçenistan səmasında olarkən təyyarədə 2 partlayış səsi eşidib. Onun sözlərinə görə, bundan sonra təyyarə Qazaxıstana doğru hərəkət edib. Ukraynalı blogger Yuri Podolyaka Çeçenistandakı hava hücumundan müdafiə qüvvələrini təsadüfən təyyarəyə hücum etməkdə ittiham edib.
Deyib ki, əgər bu versiya təsdiqlənibsə Qroznıdakı hava limanı dispetçerləri ilə hərbçilər bir növ öz işlərində qarşılıqlı əlaqədə olmalıdırlar.