Şuşa və Füzuli istiqamətlərində erməni özbaşınalığının qarşısı alındı
    • 29-06-2023, 20:25
    • 1 191

Şuşa və Füzuli istiqamətlərində erməni özbaşınalığının qarşısı alındı

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə ​News24.az​​​-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.